Antonio Kosta: Balkan ölkələri Aİ-yə üzvlük yolunda düzgün istiqamətdə irəliləyirlər
sizinxeber.az xəbər saytı

Antonio Kosta: Balkan ölkələri Aİ-yə üzvlük yolunda düzgün istiqamətdə irəliləyirlər


Albaniya və digər Qərbi Balkan ölkələri Avropa İttifaqına (Aİ) üzvlük yolunda düzgün istiqamətdə irəliləyirlər.

"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta Tiranada Baş nazir Edi Rama ilə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Albaniyanın Aİ-yə üzvlük danışıqlarında bəzi fəsillərin bağlanmasına başlamaq üçün artıq lazımi şərtlər formalaşıb:

"Bu, ölkənin Aİ-yə üzvlük prosesində irəliləyişə işarə edir. Qərbi Balkan ölkələri, xüsusilə də Albaniya və Monteneqro ilə bağlı hesab edirəm ki, biz inamla irəliləyə bilərik, çünki düzgün yoldayıq. Üzvlük prosesi daha konkret mərhələyə qədəm qoyur və diqqət artıq danışıqlar fəslinin açılmasından onların mərhələli şəkildə bağlanmasına yönəlir".

A.Koşta diqqətə çatdırıb ki, artıq Monteneqronun üzvlük müqaviləsinin hazırlanmasına başlamaq üçün işçi qrupu yaradılıb. Onun sözlərinə görə, Albaniya istiqamətində də hazırda prosesi daha da irəli aparmaq üçün bütün imkanlar mövcuddur:

"Hesab edirəm ki, indi bəzi fəsillərin bağlanmasına başlamaq üçün mövqeyimiz kifayət qədər güclüdür. Avropa Komissiyası artıq danışıqların növbəti mərhələyə keçməsi üçün Avropa İttifaqı Şurasına müvafiq təkliflər təqdim edib. Dünən Komissiya Şuraya üç fəslin bağlanması ilə bağlı təkliflər təqdim etdi. İrəliləyiş var və diqqətimizi məhz buna yönəltməliyik".

Avropa İttifaqı Şurasının Prezidenti Albaniyanın 2027-ci ilin sonuna qədər üzvlük danışıqlarını başa çatdırmaq məqsədini iddialı, lakin real hesab etdiyini vurğulayıb: "Albaniya qarşısına çox iddialı məqsəd qoyub və biz də sizin 2027-ci ilin sonuna qədər danışıqları yekunlaşdırmaq arzunuzu bölüşürük".

A.Kosta bildirib ki, bu hədəfə çatmaq üçün davamlı səylər və konkret nəticələr tələb olunur: "Artıq 2026-cı ilin iyun ayındayıq və qarşıda cəmi bir il yarım vaxtımız var. Bu isə o deməkdir ki, daha çox çalışmalı və müxtəlif sahələr üzrə addım-addım nəticələr əldə etməliyik. Bu, çətindirmi? Bəli. Mümkündürmü? Bəli!".

Oxşar xəbərlər

Qərbi Balkan ölkələri Aİ-yə üzvlük prosesinə siyasi sadiqliklərini təsdiqləyib
Edi Rama Albaniyanın Aİ-yə üzvlük prosesində durğunluq yarandığı iddialarını təkzib edib
Antonio Koşta: Ukrayna və Moldovanın gələcəklərinin Avropa İttifaqında olacağına şübhə yoxdur
Silyanovska-Davkova: Avropa İttifaqına üzvlük Şimali Makedoniyanın strateji hədəfidir
Ferit Hoxha: Aİ-nin heç bir üzvü Albaniyanın ittifaqa qoşulmasını bloklamayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər