sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İnvestorlar "Grok"un tərtibatçısına 2 milyard dollar yatırır
İş adamı İlon Maska məxsus olan "SpaceX" aerokosmik şirkəti süni intellekt əsaslı "Grok" çat-botunu hazırlayan "xAI" startapına 2 milyard dollar investisiya edəcək.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə "Wall Street Journal" qəzeti şirkətə yaxın olan investorlara istinadən bildirib.
Qəzet qeyd edir ki, "SpaceX"in yatırımı iyunda elan edilmiş 5 milyard dollar məbləğində səhmdar kapitalının cəlb edilməsinin bir hissəsidir.
İnvestorlardan birinin sözlərinə görə, "xAI" səhmdar maliyyələşdirməsi ilə yanaşı 5 milyard dollar borc cəlb edib və gözlənilir ki, cari ilin sonunda startap daha çox pul vəsaiti cəlb edəcək.
Oxşar xəbərlər
Dünyanın ən beş varlı adamı bir gündə 23,9 milyard dollar itirib
Azərbaycan I yarımildə 3 milyard dollar birbaşa investisiya cəlb edib
IMF Argentinanın 20 milyard dollar kredit almasını təsdiqləyib
AMB: Bu il cari əməliyyatlar balansının profisiti 5,3 milyard dollar olacaq
Tesla öz avtomobillərinə Grok süni intellektini inteqrasiya edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













