"Gəncə Cihazqayırma Zavodu"nun öhdəlikləri 4 dəfə artıb
sizinxeber.az xəbər saytı

"Gəncə Cihazqayırma Zavodu"nun öhdəlikləri 4 dəfə artıb


"Gəncə Cihazqayırma Zavodu" ASC 2025-ci ili 3,324 milyon manat xalis mənfəətlə başa vurub.

"Sizinxeber.az" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 14,9 % çoxdur.

Ötən il "Gəncə Cihazqayırma Zavodu"nun əsas əməliyyat (satışdan) gəlirləri 37,245 milyon manat (əvvəlki ilə nisbətən 31,4 % çox), satışının maya dəyəri 32,476 milyon manat (34,3 % çox), sair əməliyyat gəliri 13 min manat (əvvəlki il olmayıb), inzibati xərcləri 520 min manat (89,8 % çox), sair əməliyyat xərcləri 106 min manat (2,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 832 min manat (11,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Gəncə Cihazqayırma Zavodu"nun aktivləri 23,176 milyon manat olub ki, bu da illik müqayisədə 65,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4 dəfə artaraq 8,793 milyon manata, balans kapitalı isə 21,7 % artaraq 14,383 milyon manata çatıb.

Xatırladaq ki, "Gəncə Cihazqayırma Zavodu" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 212 min manatdır. Müəssisə kommunal qurumlar üçün sayğacların istehsalı üzrə ixtisaslaşıb.

Oxşar xəbərlər

"Azərişığ"ın xalis mənfəəti 6 %-ə yaxın artıb
Azərbaycanın inşaat şirkətinin xalis mənfəəti 25 %-ə yaxın azalıb
SOCAR-ın xalis mənfəəti 9 %-dən çox artıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib
“Azərpoçt”un xalis mənfəəti 9 %-dən çox azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər