ADB: Enerji keçidində investorlar üçün bazarın miqyası həlledici əhəmiyyət daşıyır
sizinxeber.az xəbər saytı

ADB: Enerji keçidində investorlar üçün bazarın miqyası həlledici əhəmiyyət daşıyır


Enerji keçidində investorlar üçün bazarın miqyası həlledici əhəmiyyət daşıyır.

"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə ölkə direktoru Sunnia Durrani-Jamal bildirib.

Onun sözlərinə görə, enerji keçidinin uğurlu həyata keçirilməsi üçün regional əməkdaşlıq və tərəfdaşlıqlar mühüm rol oynayır.

S. Durrani-Jamal qeyd edib ki, enerji layihələrinə investisiyaların cəlb olunması baxımından uzunmüddətli siyasi baxış və siyasət sabitliyi investorlar üçün əsas amillərdəndir.

“Özəl investorlar bazarın ümumi ölçüsünü görmək istəyirlər. Təchizat zənciri, insan resursları və kapitalın yerləşdirilməsi baxımından daha böyük bazarlar onlar üçün daha cəlbedicidir”, - deyə o vurğulayıb.

ADB rəsmisinin sözlərinə görə, investor etimadının formalaşdırılmasında texniki potensialın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

“Texniki potensialın inkişafının əhəmiyyətini nə qədər vurğulasaq azdır. Bu, investor etimadının cəlb edilməsinin əsasını təşkil edir və müəyyən mənada maliyyələşmədən də önəmlidir”, - deyə S. Durrani-Jamal bildirib.

Onun sözlərinə görə, enerji keçidi layihələrinin uğuru üçün tənzimləyici çərçivələrin təkmilləşdirilməsi, institusional potensialın artırılması və regional əməkdaşlığın dərinləşdirilməsi vacibdir.

Oxşar xəbərlər

Özbəkistanlı nazir: Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk
EBRD: Azərbaycanda 1,2 qiqavat bərpa olunan enerji gücünü maliyyələşdirmişik
Pərviz Şahbazov: Azərbaycan həm bu günün, həm də gələcəyin enerji təhlükəsizliyinə töhfə verir
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
Pərviz Şahbazov: Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər