"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 215 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 192 min manat mənfəətlə çıxmışdı.
"Sizinxeber.az" xəbər verir ki, ötən il "Regional"ın vergiyəqədərki mənfəəti 269 min manat (illik müqayisədə 40,1 % çox), mənfəət vergisi ödəmələri isə 54 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Regional"ın aktivləri 6,588 milyon manat olub ki, bu da illik müqayisədə 41,9 % çoxdur. Bunun 4,834 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 16,1 % böyüyüb.
Hesabat dövründə "Regional"ın öhdəlikləri 14 % artaraq 4,709 milyon manata çatıb, balans kapitalı 3,7 dəfə artaraq 1,879 min manata, nizamnamə kapitalı isə 3,2 dəfə artaraq 1,6 milyon manata çatıb.
Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır. BOKT-un təsisçiləri hər biri 33,3 % payla Əli Əliyev, Nahid Bəhramov və Nigar Tağıyevadır.
Oxşar xəbərlər
"TCF" BOKT-un aktivləri 2 dəfədən çox azalıb
Azərbaycan BOKT-ları I yarımildə 13 milyon manatdan çox zərər edib
"Finoko" BOKT-un zərəri 2 dəfəyə yaxın artıb, kapitalı müflislik həddinə düşüb
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
