Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2026
13:00
0
0
1 154
ff aaaaaaa

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

29 may, 2026
13:00
1 154

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

Bakıda iyunun 6-7-də klassik və sürət avtomobillərinin festivalı təşkil ediləcək.

"Sizinxeber.az" xəbər verir ki, "Classics & Supercars" festivalı Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək.

İki gün ərzində Bakı bulvarını müxtəlif illərə və ölkələrə aid klassik və sürət avtomobilləri bəzəyəcək. Avtomobillər "Klassik avtomobillər zonası", "Supercar zonası" və "İdman avtomobilləri" zonasında nümayiş olunacaq.

Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri sərgilənəcək.

Ziyarətçilərin tədbirə girişi sərbəstdir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul