"Para" BOKT maliyyə vəziyyətini açıqlayıb
sizinxeber.az xəbər saytı

"Para" BOKT maliyyə vəziyyətini açıqlayıb


"Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 6,232 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 1,202 milyon manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Para"nın vergiyəqədərki mənfəəti 7,072 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 840 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə "Para"nın aktivləri 5,157 milyon manat olub ki, bu da illik müqayisədə 3,6 dəfə azdır. Bunun 155 min manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 66,9 dəfə kiçilib.

Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 2,1 dəfə azalaraq 18,063 milyon manata, balans kapitalının çatışmazlığı isə 32,6 % azalaraq 12,905 milyon manata düşüb.

Xatırladaq ki, "Para" 2016-cı ildə lisenziyası ləğv olunmuş "Parabank" ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 29,266 milyon manatdır. BOKT-un səhmlərinin 19%-i Eldar Quliyevə, 16% Alevtina Quliyevaya, 13%-i Tamilla Hacıyevaya, 12%-i Vəli Quliyevə, 11%-i Elnur Quliyevə, 8%-i Fərman Quliyevə, 6%-i Əşrəf Səfərova, 6%-i Faiq Səfərova, 4%-i Rasim Poladova. 2%-i İbrahim Səfərova, 2%-i Əvəz Səfərliyə, 2%-i isə digər şəxslərə məxsusdur.

Oxşar xəbərlər

"TCF" BOKT-un aktivləri 2 dəfədən çox azalıb
"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
"Nas Project" BOKT-un xalis mənfəəti 11 % azalıb
"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər