Vuçiç və Si Cinpinin görüşünün yekunlarına əsasən 30-dan çox sənəd imzalanıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
may
2026
17:00
0
0
1 053
ff aaaaaaa

Vuçiç və Si Cinpinin görüşünün yekunlarına əsasən 30-dan çox sənəd imzalanıb - YENİLƏNİB

25 may, 2026
17:00
1 053

Vuçiç və Si Cinpinin görüşünün yekunlarına əsasən 30-dan çox sənəd imzalanıb - YENİLƏNİB

Macarıstan və Çin müxtəlif sahələrdə 30-dan çox saziş və anlaşma memorandumu imzalayıb.

"Report" Macarıstan mediasına istinadən xəbər verir ki, sənədlər Serbiya Prezidenti Aleksandr Vuçiç və Çin Sədri Si Cinpinin iştirakı ilə imzalanıb.

Bildirilib ki, danışıqlar zamanı tərəflər əsas geosiyasi və regional məsələləri, ikitərəfli münasibətlərin gələcək inkişaf imkanlarını, yeni investisiya imkanlarını və infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Çin Sədri Si Cinpin Pekində Serbiya Prezidenti Aleksandr Vuçiçlə danışıqlar aparıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Digər təfərrüatlar açıqlanmayıb.

Daha əvvəl bildirilmişdi ki, Vuçiçin səfəri zamanı 30-dan çox saziş, həmçinin Çin şirkətləri ilə bir neçə müqavilə imzalanacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul