"Azfinans" BOKT-un zərəri 87 %-dən çox artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2026
13:30
ff aaaaaaa

"Azfinans" BOKT-un zərəri 87 %-dən çox artıb

29 may, 2026
13:30
769

"Azfinans" BOKT-un zərəri 87 %-dən çox artıb

"Azfinans" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 73 min manat zərərlə başa vurub.

"Sizinxeber.az" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 87,2 % çoxdur.

Bu il yanvarın 1-nə "AzFinans"ın aktivləri 1,511 milyon manat olub ki, bu da illik müqayisədə 4,8 dəfə çoxdur. Bunun 774 min manat müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 2,5 dəfə böyüyüb.

Hesabat dövründə "Azfinans"ın öhdəlikləri 6,15 dəfə artaraq 320 min manata, balans kapitalı isə 4,5 dəfə artaraq 1,191 milyon manata çatıb.

Xatırladaq ki, "Azfinans" BOKT 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri 70 % payla Fidan Axundova və 30 % payla Orxan Məmmədovdur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul