FHN Gəncədə şəhid övladları üçün "Açıq qapı" günü keçirib
sizinxeber.az xəbər saytı

FHN Gəncədə şəhid övladları üçün "Açıq qapı" günü keçirib


Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə şəhid övladları üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Açıq qapı" günü keçirib.

"Sizinxeber.az"un Qərb bürosu xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in və digər müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

"Açıq qapı" günündə uşaqlara FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb. Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda böyük marağa səbəb olub.

Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Oxşar xəbərlər

FHN şəhid övladları üçün “açıq qapı günü” keçirib
FHN Gəncədə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə açıq qapı günü keçirib
FHN-in Cənub Regional Mərkəzində şəhid övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirilib - VİDEO
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Aran zonasında Anım Günü ilə bağlı tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər