Azərbaycan və Qırğızıstan enerji əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan və Qırğızıstan arasında enerji sahəsində əməkdaşlığın inkişafı çərçivəsində neft məhsullarının tədarükü, neft-kimya sənayesində və elektrik enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr "Bakı Enerji Həftəsi" çərçivəsində nazir Pərviz Şahbazovla Qırğızıstanın energetika naziri Taalaybek İbrayev arasında keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan və qırğız xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdiyi qeyd olunub.
Həmçinin görüşdə "Mərkəzi Asiya-Azərbaycan Enerji Dəhlizi" layihəsinin perspektivləri də müzakirə edilib. Layihənin region ölkələrinin enerji sistemlərinin inteqrasiyasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin yeni bazarlara çıxarılmasına mühüm töhfə verəcəyi bildirilib. Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğunu vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə enerji sahəsində əməkdaşlığın inkişafı üçün Azərbaycan-Qırğızıstan Birgə İşçi Qrupunun növbəti iclasının tezlliklə keçirilməsi razılaşdırılıb. Azərbaycanın energetika naziri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin 6-cı iclası və "Qırğızıstan-ŞƏT 2026" beynəlxalq enerji sərgisində iştiraka dəvət edilib.
Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və regional enerji əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bununla bağlı müzakirələr Bakı Enerji Həftəsi çərçivəsində Bakıda səfərdə olan Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşdə aparılıb.
Nazir bildirib ki, iki ölkə arasında neft məhsulları, elektrik enerjisi sahələrində, həmçinin "Mərkəzi Asiya - Azərbaycan Enerji Dəhlizi" layihəsi üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.
#BakıEnerjiHəftəsi çərçivəsində Bakıda səfərdə olan Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşdə ikitərəfli və regional #enerjiəməkdaşlığı|nın inkişafına dair müzakirələr apardıq. #Neftməhsulları, #elektrikenerjisi sahələrində, həmçinin “Mərkəzi Asiya - Azərbaycan… pic.twitter.com/5BELueACq2
— Parviz Shahbazov (@ParvizShahbazov) June 1, 2026
Oxşar xəbərlər
Azərbaycan və Rumıniya qaz tədarükünü müzakirə edib - YENİLƏNİB
Azərbaycan “Masdar”la enerji saxlanc sistemlərinin qurulmasını müzakirə edib
Azərbaycan və ABŞ Avropaya qaz tədarükü imkanlarını müzakirə edib - YENİLƏNİB
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
ABŞ İrana zərbələr endirdi
-
Bakıda ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
ABŞ səmasında dəhşətli partlayış: 300 ton trotil...
-
Putin ölümsüzlüyə hazırlaşır: 26 milyardlıq layihə...
