Fələstin Qəzza zolağının bərpası üçün beynəlxalq dəstəyə çağırış edib
Qəzza zolağında yaşayış evlərinin dağıntılarının miqyası kritik səviyyəyə çatıb və bərpa üçün uzunmüddətli beynəlxalq dəstək tələb edir.
"Report" xəbər verir ki, bu barədə Fələstinin yerli idarəetmə naziri Sami Hiccavi Bakıda WUF13 çərçivəsində "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Qəzza zolağında baş verən münaqişə nəticəsində 372 min yaşayış yeri zədələnib, onlardan təxminən 60 mini qismən bərpa edilməlidir, əhəmiyyətli bir hissəsi isə tam yenidənqurma tələb edir.
"Fələstində, xüsusən də Qəzza zolağında mənzil məsələsi haqqında danışmaq yalnız evlərin bərpası deyil, həm də həyatın, ləyaqətin və sabitliyin bərpası deməkdir. Mənzil sosial, iqtisadi və humanitar bərpanın təməlidir", - Hiccavi vurğulayıb.
O bildirib ki, münaqişə səbəbindən təxminən 1,9–2 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirin sözlərinə görə, dağıntılar təkcə mənzil fonduna deyil, həm də su təchizatı, sanitariya sistemlərinə, məktəblərə və universitetlərə də təsir göstərib, bu da humanitar böhranı daha da ağırlaşdırıb.
"Uğurlu bərpa beynəlxalq siyasi iradə, uzunmüddətli maliyyələşdirmə, tikinti materiallarına çıxış və koordinasiya tələb edir", - o qeyd edib.
Hiccavi əlavə edib ki, Qəzza zolağının bərpası ilkin bərpa mərhələsini, müvəqqəti sığınacaqların yaradılmasını və azı 200 min yaşayış yerinin tikintisini nəzərdə tutan beşillik proqram çərçivəsində planlaşdırılır.
"Yenidənqurma təkcə mühəndislik prosesi deyil, həm də humanitar və mənəvi məsuliyyətdir", - nazir bildirib
Oxşar xəbərlər
Əl-Məsri: Suriya hökuməti mənzil tikintisi üzrə milli proqram hazırlayır
BƏƏ Qəzza zolağında müvəqqəti beynəlxalq missiyanın yaradılmasını təklif edib
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
Trampın xüsusi elçisi: Qəzza zolağının bərpası 15 ilədək çəkəcək
Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
