Azərkosmos və Türksat arasında Anlaşma Memorandumu imzalanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
15:00

Azərkosmos və Türksat arasında Anlaşma Memorandumu imzalanıb

24 apr, 2025
15:00
292

Azərkosmos və Türksat arasında Anlaşma Memorandumu imzalanıb

Azərkosmos və Türkiyənin aparıcı peyk telekommunikasiya şirkəti Türksat arasında Anlaşma Memorandumu imzalanıb.

"APA-Economics" xəbər verir ki, sənəd hər iki tərəf arasında peyk telekommunikasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və bilik, bacarıq və təcrübə mübadiləsinə xidmət edir.

İmzalanma mərasimi Azərkosmosun ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub.

Memorandum çərçivəsində tərəflər informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində strateji, iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığı genişləndirmək niyyətindədilər.

Eyni zamanda, imzalanmış sənəd əsasında peyk xidmətləri ilə bağlı regional və beynəlxalq qanunların tənzimlənməsi, radiotezliklərin düzgün idarə olunması, coğrafi informasiya sistemləri xidmətləri, kosmik texnologiyalar, kosmik layihələrin idarə edilməsi və digər mövzular üzrə ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın