"Azərkosmos" və "Türksat" Anlaşma Memorandumu imzalayıb
sizinxeber.az xəbər saytı

"Azərkosmos" və "Türksat" Anlaşma Memorandumu imzalayıb


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Türkiyənin aparıcı peyk telekommunikasiya şirkəti "Türksat" arasında Anlaşma Memorandumu imzalanıb. 

"Sizinxeber.az" bu barədə "Azərkosmos"a istinadən xəbər verir. 

Məlumata görə, sənəd hər iki tərəf arasında peyk telekommunikasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və bilik, bacarıq və təcrübə mübadiləsinə xidmət edir. 

İmzalanma mərasimi "Azərkosmos"un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub. STC çərçivəsində "Azərkosmos" 10-a yaxın Anlaşma Memorandumu imzalayacaq. 

Memorandum çərçivəsində tərəflər informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində strateji, iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığı genişləndirmək niyyətindədilər. 

Eyni zamanda, imzalanmış sənəd əsasında peyk xidmətləri ilə bağlı regional və beynəlxalq qanunların tənzimlənməsi, radiotezliklərin düzgün idarə olunması, coğrafi informasiya sistemləri xidmətləri, kosmik texnologiyalar, kosmik layihələrin idarə edilməsi və digər mövzular üzrə ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulub. 

Oxşar xəbərlər

Azərkosmos və Türksat arasında Anlaşma Memorandumu imzalanıb
"Azərkosmos" Mozambikə kosmik bilik ixrac edib
“Azərkosmos” Macarıstanda təlim keçirib
"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək
"Azərkosmos" qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle