“Azərkosmos” Kosmik Texnologiyalar Konfransı çərçivəsində 20-ə yaxın əməkdaşlıq sənədi imzalayacaq
Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı çərçivəsində 20-dək əməkdaşlıq sənədi imzalamağı planlaşdırır.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərkosmos"un İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov deyib.
““Azərkosmos” olaraq bu tədbirdə 10-a yaxın Anlaşma Memorandumu daxil olmaqla, ümumilikdə 20-yə yaxın əməkdaşlıq sənədi imzalamağı planlaşdırırıq. Sənədlər imzalandıqca bu barədə ictimaiyyətə məlumat veriləcək. Azərbaycan üçün əməkdaşlıqlar xüsusilə kosmosun sülh və elm məqsədləri ilə istifadəsini ehtiva edir. Azərbaycan bir sıra ölkələrlə kosmik sahədə əməkdaşlıqlar qurub. Sevindiricidir ki, artıq Çinlə də bu istiqamətdə əməkdaşlığımızı genişləndiririk”, - deyə qurumun rəhbəri əlavə edib.
Oxşar xəbərlər
“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib
Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir
TDT-nin kosmik subyektləri arasında hüquqi normaların yaradılması təklif olunur
COP29 çərçivəsində Azərkosmos “Kosmik Liderlərin Sammiti”ni keçirəcək
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












