Ötən ay Azərbaycan 1,5 mln. dollarlıq peyk telekommunikasiya xidməti ixrac edib
sizinxeber.az xəbər saytı

Ötən ay Azərbaycan 1,5 mln. dollarlıq peyk telekommunikasiya xidməti ixrac edib


Ötən ay Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) dünyanın 36 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nın fevral sayında qeyd olunub.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 69%-ni təşkil edib.

Bu dövrdə 36 ölkədən 88-ə yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub. Xidmət ixrac olunan ölkələr arasında Lüksemburq, Birləşmiş Krallıq, Misir, Türkiyə, Rusiya, Tanzaniya və CAR böyük paya sahibdir.

Oxşar xəbərlər

Ötən il Azərkosmos dünyanın 50 ölkəsinə xidmət ixrac edib
"Azərkosmos"un ixrac gəlirləri 3,5% azalıb
“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb
“Azərkosmos”un ixrac gəlirləri 7 %-ə yaxın azalıb
“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle