"Onlayn Azərbaycan" layihəsinin maliyyə mənbələri açıqlanıb
sizinxeber.az xəbər saytı

"Onlayn Azərbaycan" layihəsinin maliyyə mənbələri açıqlanıb


"Onlayn Azərbaycan" layihəsi “Aztelekom” MMC-nin daxili resursları və cəlb edilmiş kreditlər hesabına ərsəyə gətirilib.

“Sizinxeber.az” xəbər verir ki, bunu “Azercell Telecom” MMC-nin əməliyyatlar üzrə baş direktoru Tural Pirverdiyev “Onlayn Azərbaycan” layihəsinin hesabat tədbirində keçirilən panel sessiyasında bildirib.

Onun sözlərinə görə, layihənin icrası zamanı digər ölkələrin də bençmarklarından istifadə edilib:

“Türkiyə, Rusiya və digər ölkələrdə bazar araşdırması etmişik. Layihə ümumilikdə bizim hədəflədiyimiz həcmdə optimal şəkildə icra edilib”.

O əlavə edib ki, “Onlayn Azərbaycan” layihəsi yalnız fiber-optik xətlərin çəkilməsindən ibarət olmayıb: “Amma bizim elə ərazilərimiz var ki, orada dirək basdırmaq mümkün deyil. Belə ərazilərimizdə əməkdaşlarımızın əzmkarlığı nəticəsində fiber-optik kabelllər çəkilib”.

Xatırladaq ki, Tural Pirverdiyev bundan əvvəl “Aztelekom” və “Bakı telefon Rabitəsi” MMC-nin Baş İcraçı Direktoru vəzifəsini icra edib və o, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC-nin gördüyü işlərə rəhbərlik edib.

Oxşar xəbərlər

"Aztelekom"un rəhbəri dəyişib
“Aztelekom”: Azərbaycan internetin orta sürətinə görə 30 pillə irəliləyib
Azərbaycanda genişzolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb
“Onlayn Azərbaycan” layihəsinin Bakıya aid hissəsi başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər