Azərbaycanda genişzolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb
Son 2 ildə Azərbaycanda genişzolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Aztelekom” MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov “Onlayn Azərbaycan” layihəsinin hesabat tədbirində bildirib.
Onun sözlərinə görə, son 2 ildə Azərbaycanda genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən, bu göstərici 66 Mbit/s-ni keçib: "Onlayn Azərbaycan" layihəsi çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Dünyanın nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress (MWC)” çərçivəsində “Aztelekom”MMC “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”® şirkəti tərəfindən təqdim edilib".
Oxşar xəbərlər
Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan noyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Azərbaycan iyulda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













