Son beş ayda 444 keçmiş məhkum işlə təmin olunub
sizinxeber.az xəbər saytı

Son beş ayda 444 keçmiş məhkum işlə təmin olunub


Bu ilin 5 ayı (yanvar-may) ərzində cəzaçəkmə yerlərindən azad olunmuş şəxslərdən 444 şəxs işlə təmin edilib, 6 şəxs özünüməşğulluq proqramına cəlb olunub.

"Sizinxeber.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Məşğulluq Agentliyi cəzaçəkmə yerlərindən azad olunmuş şəxslər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Eyni zamanda, həmin şəxslər əmək bazarının tələblərinə uyğun şəkildə peşə hazırlığı kurslarına da cəlb edilirlər. Yanvar-may ayları ərzində 28 nəfərin peşə hazırlığına cəlb edilməsi təmin olunub.

Oxşar xəbərlər

Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub
Bu ilin ilk yeddi ayında 99 min nəfər işlə təmin edilib
Ağdamda 747 nəfər işlə təmin olunub
4 ayda 139,3 min şəxsi əhatə etdi...
Dövlət Məşğulluq Agentliyi daha 112 nəfəri peşə hazırlığına cəlb edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər