"Azercell"in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olan “Azercell Telekom” MMC ölkədə süni intellekt texnologiyalarının tətbiqi və inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətini genişləndirməyə davam edir. Bu dəfə şirkət “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq reallaşdırılan “SİMM – Süni İntellektlə Müasir Məktəb” təşəbbüsünə dəstək verir.
Layihə təhsil sahəsində süni intellekt texnologiyalarının tətbiqinin təşviqinə yönəlib. Bu çərçivədə Bakı, Qarabağ və Gəncədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 120-dən çox müəllimi süni intellekt üzrə təlimlərə cəlb olunacaq. Layihənin əsas məqsədi məktəblərdə müasir texnologiyaların tətbiqini təşviq etmək, müəllimlərin süni intellekt alətlərindən tədris prosesində effektiv, təhlükəsiz və etik şəkildə istifadə bacarıqlarını inkişaf etdirməkdir.
Təşəbbüsün fərqləndirici xüsusiyyətlərindən biri onun kaskad modeli əsasında həyata keçirilməsidir. Belə ki, təlim proqramını uğurla başa vuran müəllimlər əldə etdikləri bilik və bacarıqları öz həmkarları ilə bölüşərək layihənin təsir dairəsinin genişlənməsinə dəstək olacaqlar.
Layihənin yekununda ən yüksək nəticə göstərən üç müəllim xüsusi mükafatlarla təltif olunacaq.
Qeyd edək ki, təşəbbüs müəllimlərin süni intellekt texnologiyalarından səmərəli və məsuliyyətli istifadə bacarıqlarını gücləndirməklə yanaşı, tədris prosesində innovativ yanaşmaların tətbiqinə də mühüm töhfə verəcək.
Oxşar xəbərlər
Baş nazir: Azərbaycanın süni intellekt strategiyası hazırlanır
Azərbaycanda süni intellekt strategiyası çərçivəsində 15 layihə icra ediləcək
Süni intellekt texnologiyalarıyla əlaqədar sahibkarlara güzəştli kreditlər veriləcək
Süni İntellekt sahəsində yeni dövlət standartı qəbul edilib
Tramp ABŞ-da süni intellektin inkişafı ilə bağlı fərmanlar imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Azercell və "Samsung"dan yeni kampaniya!
