Süni intellekt texnologiyalarıyla əlaqədar sahibkarlara güzəştli kreditlər veriləcək
Ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlər veriləcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda əksini tapıb.
Strategiyaya əsasən, 2025– 2028-ci illərdə İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə birlikdə ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsini təmin etməlidir.
Bu illər ərzində sahibkarlıq subyektlərinin süni intellektin tətbiqi ilə bağlı üzləşdikləri maliyyə çatışmazlığının tədqiq olunacaq. Sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanacaq və təsdiq üçün təqdim olunacaq. Eyni zamanda güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə təşviqat tədbirləri həyata keçiriləcək. Belə ki, azı 50 sahibkarlıq subyektinə güzəştli kredit veriləcək.
Oxşar xəbərlər
2025–2028-ci illər üçün süni intellekt Strategiyası təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Bank: Biznes kreditlərinə tələb artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Süni intellekt sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Azərbaycanın süni intellekt strategiyası hazırlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təkmilləşdiriləcək və bərpa olunacaq dəmiryolu xətləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












