Oman və İran Hörmüz boğazı üzrə birgə işçi qrupu yaradacaq
sizinxeber.az xəbər saytı

Oman və İran Hörmüz boğazı üzrə birgə işçi qrupu yaradacaq


Bu gün Oman və İran Hörmüz boğazında gəmiçiliyin gələcək idarəçiliyi, o cümlədən strateji su yolunda dəniz xidmətləri və xərclərlə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə “Reuters” danışıqların yekunlarına dair açıqlamaya istinadən məlumat yayıb.

Tərəflərin Məsqət şəhərində keçirilən görüşündən sonra yayılan birgə bəyanatda bildirilib ki, danışıqların davam etdirilməsi üçün iki ölkənin Xarici İşlər nazirliklərinin iştirakı ilə birgə işçi qrupu yaradılacaq.

Həmçinin qeyd olunub ki, Omanla İran Hörmüz boğazının sahilyanı ölkələri və digər aidiyyəti tərəflərlə məsləhətləşmələr aparacaq.

Oxşar xəbərlər

İran və “Avropa üçlüyü” danışıqları davam etdirmək barədə razılığa gəliblər
Bəqai: İran və Oman tezliklə Hörmüz boğazında gəmiçiliklə bağlı yeni qaydaları müzakirə edəcək
İran və ABŞ yeni danışıqlar raunduna hazırlaşır
İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB
Araqçi İranın mövqeyini ABŞ-a çatdırmaq üçün Oman tərəfinə təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər