Milli Kibertəhlükəsizlik Agentliyin nizamnamə fondunun məbləği 400 min manatdan çox olacaq
Milli Kibertəhlükəsizlik Agentliyin nizamnamə fondunun məbləği 442 498 manat olacaq.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsində qeyd edilib.
Bildirilib ki, agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.
Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edəcək.
Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq. Agentliyin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarına əlavə mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulacaq.
Agentliyin mənfəəti bu nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürüləcək.
Oxşar xəbərlər
Biznesin İnkişafı Fondunun nizamnamə fondunun məbləği məlum olub
“Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır
"Kitabxana işi haqqında" və "Muzeylər haqqında" qanunlara təklif olunan dəyişikliklər I oxunuşda qəbul edilib
Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədrini rəqəmsal inkişaf və nəqliyyat naziri təyin edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
