Dövlət Xidməti: Azərbaycanda deepfake məzmunların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır
sizinxeber.az xəbər saytı

Dövlət Xidməti: Azərbaycanda deepfake məzmunların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır


Artıq şəxsin razılığı olmadan onun görüntüsü və səsindən istifadə edilməklə süni intellekt vasitəsi saxta məzmunun hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır.

APA-Economics” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən “IV Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, effektiv qanunvericilik, texnoloji nəzarət, beynəlxalq əməkdaşlıq və ictimai maarifləndirmə bu təhdidlərin qarşısının alınmasında əsas rol oynayır:

"Azərbaycan Respublikasının Fərdi məlumatlar haqqında qanunu süni intellekt sistemləri tərəfindən toplanan və emal olunan şəxsi məlumatların qorunması baxımından mühüm hüquqi baza yaradır. Bununla bağlı qanunvericilikdə də bir sıra dəyişikliklər edilir və edilməkdədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, İnformasiya, İnformasiya, informasiya və informasiyanın mühafizəsi haqqında və media haqqında Azərbaycan Respublikasının qanunlarında Milli Məclisdə müzakirələrdən sonra müvafiq dəyişikliklər edilib" - deyə o qeyd edib.

Allahverən İsmayılov həmçinin vurğulayıb ki, bu dəyişikliklər vətəndaşların şəxsi hüquqlarının qorunmasına, dezinformasiyanın qarşısının alınmasına və süni intellekt texnologiyalarından məsuliyyətli istifadələrin təşviqinə xidmət edir.

Oxşar xəbərlər

Dövlət Xidməti: Kibercinayətkarlar daha çox fərdi istifadəçiləri hədəf alır - FOTO
Milli Kiber Təhlükəsizlik Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb
Nazirlik: Son altı ayda 200 iri hücumlu DDoS hücumu zərərsizləşdirilib
Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb
XRİTDX-nin rəis müavini: Media qurumları kibertəhlükəsizlik məsələlərində diqqətli olmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər