Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb


İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının (İTKK) rəsmi internet informasiya ehtiyatı Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində qeydiyyata alınaraq ona https://itkk.gov.az domen adı ayrılıb və “AzStateNet” şəbəkəsinə qoşulmaqla təhlükəsizliyinin gücləndirilməsi təmin edilib.

"Sizinxeber.az-Economics" bu barədə quruma istinadən xəbər verir. Bildirilib ki, İTKK Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılıb.

İnformasiya təhlükəsizliyi, habelə ölkədə kibercinayətkarlıqla bağlı əsas təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi və gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillər aparmaq, təkliflər hazırlamaq və bu sahədə aparılan işlərin əlaqələndirilməsini həyata keçirmək Komissiyanın əsas vəzifələrindəndir.

Qeyd edək ki, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevdir.

Oxşar xəbərlər

Dərman vasitələrinin təqib və izləmə sistemi yaradılacaq
Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib
Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq
Dövlət Xidməti: “COP29”la bağlı saxta səhifələrin sayı artıb
UNEC-də 8 ixtisas üzrə keçid balı 600-dən yüksək olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər