"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
sizinxeber.az xəbər saytı

"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək


"Turan Tovuz" klubu UEFA bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulması ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə klubun bəyanatında bildirilib.

2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını (qərarın linki: https://www.affa.az/ind.../news/ntizam-komitsinin-qrar/65952) əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb. Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq.

Əlavə olaraq bildirik ki, konfrans liqasına hazırlıq planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə təlim-məşq kampına yollanacaq

Oxşar xəbərlər

"Turan Tovuz" AFFA İntizam Komitəsinin qərarından şikayət etməyəcək
AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etməyib
"Turan Tovuz" AFFA İntizam Komitəsinin qərarından Apellyasiya və Arbitraj Tribunalına şikayət edəcək
AFFA İntizam Komitəsi 8 komandaya texniki məğlubiyyət verib
AFFA "Neftçi" İK-nın şikayətini təmin etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər