Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellektin tətbiqi ilə bağlı işlərə başlanılıb
“Sizinxeber.az” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, gömrük sahəsində süni intellektin tətbiqi sərhədkeçmə, qeydiyyat prosesinin sürətləndirilməsinə səbəb olacaq: “Süni intellektin tətbiqi bizə böyük üstünlüklər qazandırır. Buraya müəyyən analizlərin aparılması, proseslərin sürətləndirilməsi daxildir. Sərhədkeçmə prosesinin sürətli olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”.
O bildirib ki, insan əməyi ilə bu prosesi bir səviyyəyə qədər həyata keçirmək mümkün olur: “Amma süni intellektin çox böyük imkanları var. Azərbaycanda digər qurumlar da süni intellektin tətbiqində maraqlıdır. Ümumiyyətlə, süni intellektdən istifadə müasir dövrün tələbidir".
Oxşar xəbərlər
Azərbaycan WEF ilə birgə enerji sahəsində süni intellektin tətbiqi layihəsini həyata keçirir
Fariz Cəfərov: "Süni intellektin tətbiqinin genişlənməsi yeni ixtisasların yaranmasına səbəb olacaq"
Tahir Mirkişili: "Azərbaycanda qanunvericilik süni intellektin anlayacağı formatda hazırlanmalıdır"
AMB: Emissiya prospektlərinin hazırlanmasında süni intellektin tətbiqi araşdırılır
Murad Fətullayev: 2026-cı ilə qədər "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqi genişlənəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











