Azərbaycan və Almaniya enerji əməkdaşlığının perspektivlərini müzakirə edib
Azərbaycan və Almaniya arasında enerji əməkdaşlığının perspektivləri müzakirə edilib.
"Sizinxeber.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr "Bakı Enerji Həftəsi" çərçivəsində nazir Pərviz Şahbazovun Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms və Almaniyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycanla Almaniya arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Təbii qaz, bərpa olunan enerji, enerji səmərəliliyi, hidrogen, istilik nasosları, enerji saxlama sistemləri və elektrik enerjisi infrastrukturu sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Azərbaycanın Almaniyaya qaz tədarükünə başlaması, Avropanın enerji təhlükəsizliyində artan rolu, eləcə də enerji keçidi kursu yüksək qiymətləndirilib. Azərbaycanda həyata keçirilən bərpa olunan enerji layihələri, elektrik enerjisi interkonnektorları, yaşıl enerji dəhlizləri və Avropaya elektrik enerjisi ixracı imkanları barədə məlumat verilib.
Regional bağlantılar və hidrogenlə bağlı planlar fonunda Alman şirkətləri ilə müxtəlif istiqamətli əməkdaşlıqlara dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Almaniya ilə qaz tədarükü və enerji keçidini müzakirə edib
Azərbaycan və Rumıniya qaz tədarükünü müzakirə edib - YENİLƏNİB
Azərbaycan GECF və IRENA ilə əməkdaşlığın inkişafını müzakirə edib
Azərbaycanın enerji infrastrukturunun qurulmasında Çin şirkətlərinin iştirakı müzakirə edilib
COP29 çərçivəsində Almaniya ilə İsrail enerji sahəsində yeni fəaliyyət istiqamətlərini müəyyən ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
-
İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
