AMB Naxçıvanda keçirilən vətəndaş qəbullarının əlçatanlığını artırır
sizinxeber.az xəbər saytı

AMB Naxçıvanda keçirilən vətəndaş qəbullarının əlçatanlığını artırır


Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulunun əhatə dairəsinin genişləndirilməsi istiqamətində müvafiq işlər görülməkdədir.

Belə ki, 08.06.2026-cı il tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən "ASAN xidmət" mərkəzində də (Ünvan: Naxçıvan şəhəri, Seyid Cəfər Pişəvəri, 7) Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcəkdir. Bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edir.

Qeyd edək ki, cari ilin fevral ayından etibarən Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti, 23) və ASAN-5 (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 115) mərkəzlərində həyata keçirilir.

Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaş qəbulu həyata keçirilməkdədir. Bu məqsədlə Yevlax şəhəri, H.Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, H.Əliyev küçəsi 2B ünvanında yerləşən Mərkəzi Bankın ərazi idarələrində vətəndaş qəbulu otağı fəaliyyət göstərməkdədir. Eyni zamanda Mərkəzi Bank tərəfindən il ərzində respublikanın müxtəlif rayon və şəhərlərində səyyar qəbullar təşkil olunur.

Vətəndaş qəbulu ilə bağlı əlavə məlumat üçün Mərkəzi Bankın "966" Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Oxşar xəbərlər

Şahin Bağırovun Naxçıvanda vətəndaş qəbulunun vaxtı dəyişib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
“Naxçıvanpoçt” xidmət səviyyəsini artırır
AMB Gəncə və Quba Regional Mərkəzlərini, Sumqayıt Şəhər İdarəsini bağlayır
Səyyar "ASAN xidmət" aprelin 28-dək bəzi rayonlarda xidmət göstərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər