Rəşad Xalıqov: "Azərbaycan əhalisinin 25 %-i minimal rəqəmsal biliklərə malikdir"
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına görə, Azərbaycan əhalisinin 25 %-i minimal rəqəmsal biliklərə malikdir.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, qalan əhali arasında beş modul üzrə müəyyən çatışmazlıqlar mövcuddur:
“Ən böyük problem təhlükəsizlik komponenti ilə bağlıdır. Rəqəmsallaşma bir çox imkanlar yaratmaqla yanaşı, yeni təhlükələr də doğurur. Bunlardan biri də informasiya və kibertəhlükəsizlik məsələsidir. Hazırda ölkə əhalisinin 25 %-i təhlükəsizlik sahəsində minimal tələblərə cavab vermir. Xüsusi qeyd etmək lazımdır ki, bu 25 % insan internetdən aktiv istifadə edir, lakin təhlükəsizlik qaydalarına əməl etmir. Bu isə onları potensial hədəfə çevirir”.
R. Xalıqov əlavə edib ki, bu problemlərin həlli üçün Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində əhalinin rəqəmsal savadlılığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir:
“Hazırda "myGov" platformasında 1 milyondan çox insan rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edir. Eyni zamanda, ölkədə 3 milyondan çox insan biometrik əsaslı elektron imzaya malikdir”.
Oxşar xəbərlər
İRİA: Əhalinin 25%-i minimal təhlükəsizlik komponentlərinə cavab vermir
İRİA: İndiyə qədər 30 milyondan çox məlumat dürüstləşdirilib
İRİA: KOB-ların ən çox üzləşdiyi problemlərdən biri rəqəmsallaşma ilə bağlı təchizatçıların seçilməsidir
Azərbaycanda rəqəmsallaşma ilə bağlı ehtiyaclar müəyyənləşdirilir
İRİA: "Digital Bridge" üzərindən tranzaksiyaların sayı 48 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












