Naxçıvanda xarici ölkəyə casusluğa görə tutulan şəxsə hökm oxunub
Dövlətə xəyanətdə və qanunsuz olaraq odlu silahın komplekt hissələrini saxlamaqda ittiham olunan Siyafət Fərzəliyev barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
APA-nın xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə baxılan cinayət işi üzrə hökm çıxarılıb. Hökmə əsasən, təqsirləndirilən şəxs Siyafət Fərzəliyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, xarici xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Fərzəliyev Siyafət Heydər oğlu onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq fəaliyyəti həyata keçirərək dövlətə xəyanət etmiş, bundan başqa qəsdən qanunsuz olaraq odlu silahın komplekt hissələrini əldə edib, daşıyıb və saxlayıb.
O, DTX-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub.
Təqsirləndirilən şəxs Siyafət Fərzəliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham verilib.
Oxşar xəbərlər
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy 16 il azadlıqdan məhrum edilib
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub
Dövlətə xəyanətdə ittiham olunan şəxs 16 il azadlıqdan məhrum edilib
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərar verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
