İRİA: İndiyə qədər 30 milyondan çox məlumat dürüstləşdirilib
Azərbaycanda indiyə qədər 30 milyondan çox məlumatın dürüstləşdirilməsi təmin edilib.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, hazırda müxtəlif dövlət qurumları ilə birgə məlumat bazalarında mövcud olan kirliliyin və məlumat uyğunsuzluqlarının aradan qaldırılması məqsədilə layihələr icra olunur: "Bu addımlar növbəti mərhələlərdə innovasiya və süni intellekt texnologiyalarının tətbiqi üçün möhkəm zəmin yaradır".
Sədr müavini vurğulayıb ki, Azərbaycanda süni intellekt sahəsində inkişaf üçün 2025–2028-ci illəri əhatə edən süni intellekt strategiyası qəbul edilib: "Strategiya özündə bir sıra məqamları əhatə edir, 15 müxtəlif layihənin icrasını nəzərdə tutur".
Oxşar xəbərlər
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Azərbaycanda süni intellektin inkişaf istiqamətləri formalaşdırılacaq
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
İRİA: "Digital Bridge" üzərindən tranzaksiyaların sayı 48 %-dən çox artıb
"Qazaxıstan Dəmir Yolları" süni intellektin sınaqdan keçirilməsi üçün rəqəmsal poliqonlar yaradır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











