Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 %-i öz ixtisası üzrə işə başlayıb
Azərbaycanda kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə insan kapitalı formalaşdırılır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.
“2023-cü ildə İsrailin Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaradılıb. Bu gün biz həmin mərkəzin 5-ci təlim dalğasının məzun günündə iştirak edirik. Daha 100 nəfər mütəxəssis kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində əmək bazarına daxil olur. İndiyə qədər mərkəzdən ümumilikdə 380 peşəkar mütəxəssis məzun olub və onların 74 %-i artıq ixtisası üzrə əmək fəaliyyətinə başlayıb", - deyə o qeyd edib.
F. Osmanov onu da əlavə edib ki, dövlət qurumları strateji sənədlər çərçivəsində yalnız insan resurslarının hazırlanması ilə kifayətlənmir, həm də insidentlərin idarə olunma mexanizmlərinin formalaşdırılması, bu sahədə qanunvericilik bazasının gücləndirilməsi, fərdi məlumatların mühafizəsinə dair hüquqi çərçivənin yenilənməsi və informasiya təhlükəsizliyi üzrə müasir texnoloji alətlərin tətbiqi istiqamətində fəal iş aparır.
Oxşar xəbərlər
Fərid Osmanov: “Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik üzrə kadrlara tələbatı artırır”
Azərbaycanın İsraillə birgə yaratdığı Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub
İRİA: Azərbaycanda yerli kibertəhlükəsizlik məhsullarının inkişafı bu sahənin dayanıqlı inkişafını dəstəkləyə bilər
ETX: Rəqəmsal efir məkanında minimal kibertəhlükəsizlik tədbirləri hazırlanıb
Fərid Osmanov: “Azərbaycan onlayn xidmətlər sahəsində inkişaf etməkdə olan ölkələrdən irəlidədir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








