ETX: Rəqəmsal efir məkanında minimal kibertəhlükəsizlik tədbirləri hazırlanıb
Azərbaycanda rəqəmsal efir məkanında minimal kibertəhlükəsizlik tədbirləri və minimal tələblər hazırlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev təmsil etdiyi qurumun Medianın İnkişafı Agentliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzİntTelekom" MMC-nin birgə təşkil etdiyi "Media subyektləri üçün kibertəhlükəsizlik" mövzusunda seminar və təlimdə bildirib.
"Artıq minimal kibertəhlükəsizlik tədbirləri aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Həm Audiovizual Şura, həm də Medianın İnkişafı Agentliyi ilə görüşlər keçirilib. Həmin tələblər bir neçə aspekti özündə ehtiva edir. Bura həm insan amilləri, həm proses, həm texnologiya, həm də idarəetmə aiddir. Bunların hər birinə dair müəyyən tələblər var. Biz inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrini istifadə edərək həmin tələblərin formalaşdırılmasını həyata keçirmişik. Bu tələblərin formalaşdırılması, rəqəmsal efir məkanında kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin gücləndirməsinin təminatçısı olacaq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
ETX: Kibertəhdidlərdə insan amili mühüm rol oynayır
ETX: İnformasiya təhlükəsizliyi ilə bağlı minimal kibertəhlükəsizlik tələbləri formalaşdırılır
Rəşad Xalıqov: "Azərbaycan əhalisinin 25 %-i minimal rəqəmsal biliklərə malikdir"
ETX: Azərbaycanda media qurumları ən çox fişinq hücumlarına məruz qalırlar
Fərid Osmanov: “Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik üzrə kadrlara tələbatı artırır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
