Azərbaycanın İsraillə birgə yaratdığı Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub
İsrailin “Technion” Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində yaradılan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində sayca beşinci “Məzun Günü” keçirilib.
“Report” xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə fəaliyyət göstərən Mərkəzin bu mərhələsində daha 100 nəfər kibertəhlükəsizlik üzrə təlimləri uğurla başa vuraraq məzun adını qazanıb.
Tədris müddətində iştirakçılar beynəlxalq mütəxəssislərin rəhbərliyi ilə müdafiə (“Blue Team”), hücum (“Red Team”) və birgə fəaliyyət (“Purple Team”) üzrə praktiki təlimlər keçərək kibertəhlükəsizlik sahəsində qabaqcıl strategiyalar və müasir texnologiyalar üzrə biliklər əldə ediblər.
Qeyd edək ki, indiyədək Mərkəzdən ümumilikdə 380 nəfər məzun olub. Hazırda isə altıncı tədris dalğası çərçivəsində 60 tələbə təhsilini davam etdirir.
Oxşar xəbərlər
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır
Fərid Osmanov: “Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik üzrə kadrlara tələbatı artırır”
İRİA: Azərbaycanda yerli kibertəhlükəsizlik məhsullarının inkişafı bu sahənin dayanıqlı inkişafını dəstəkləyə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
