Polşada Beynəlxalq Çövkən Federasiyasının III Baş Assambleyası və Avropa Çempionatının püşkatma mərasimi keçirildi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
in
2025
13:34
0
0
1 002

Polşada Beynəlxalq Çövkən Federasiyasının III Baş Assambleyası və Avropa Çempionatının püşkatma mərasimi keçirildi

05 in, 2025
13:34
1 002

Polşada Beynəlxalq Çövkən Federasiyasının III Baş Assambleyası və Avropa Çempionatının püşkatma mərasimi keçirildi

Sizinxəbər.Az-ın məlumatına əsasən,Polşada Beynəlxalq Çövkən Federasiyasının III Baş Assambleyası və Avropa Çempionatının püşkatma mərasimi keçirildi

 4 iyun 2025-ci il tarixində Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə III Baş Assambleya və Çövkən üzrə Avropa Çempionatının püşkatma mərasimi keçirildi.

 Assambleya zamanı Federasiyanın fəaliyyət dairəsi daha da genişləndi – təşkilata 12 yeni ölkə üzv qəbul olundu. Yeni üzv ölkələr bunlardır (əlifba sırası ilə): Boliviya, Braziliya, Kolumbiya, Kosta Rika, Meksika, Misir, Niger, Peru, Rumıniya, Sudan, Tailand və Yeni Zelandiya.

 Tədbirdə qarşıdakı kontinental çempionatların tarixləri və məkanları da açıqlanıb. Belə ki:

 Çövkən üzrə Asiya Çempionatı sentyabr ayının əvvəlində Özbəkistanda,

Afrika Çempionatı sentyabrın sonunda Nigeriyada,

 Cənubi Amerika Çempionatı isə noyabr ayının sonunda Argentinada keçiriləcək.

Assambleyada çıxış edən Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev Azərbaycan Respublikasında dövlət səviyyəsində bu qədim milli oyuna göstərilən diqqət və dəstəyi xüsusi vurğuladı. O, qeyd etdi ki, bu sahənin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaratdığı imkanlar Çövkənin beynəlxalq arenada tanınmasında və yayılmasında nümunəvi modelə çevrilmişdir.

Assambleya çərçivəsində 5–8 iyun tarixlərində Polşada keçiriləcək Çövkən üzrə Avropa Çempionatının püşkatma mərasimi də baş tutdu. Turnirdə iştirak edəcək altı ölkənin qarşılaşmaları aşağıdakı şəkildə müəyyənləşdi:

Polşa – Macarıstan

 Azərbaycan – Türkiyə

Malta – Böyük Britaniya

Çempionatın açılış oyunu 5 iyun tarixində, Polşa yerli vaxtı ilə saat 16:00-da keçiriləcək.


 

Bizimlə əlaqə saxlayın