Azərbaycan Peşəkar Çövkən Liqasında komanda sayı artırılacaq - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Azərbaycan Peşəkar Çövkən Liqasında komanda sayı artırılacaq - EKSKLÜZİV


Azərbaycan Peşəkar Çövkən Liqasında komanda sayı artırılacaq.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev məlumat verib.

O, 12 kollektivin turnirdə mübarizə aparacağını söyləyib:

"Növbəti Peşəkar Çövkən Liqası martda start götürəcək və dekabra qədər davam edəcək. Bu il keçiriləcək liqada çövkən komandalarının sayı artıq 12 olacaq. Bu da o deməkdir ki, 2 dövrə ərzində 22 tur olacaq və 132 oyun keçiriləcək".

Qeyd edək ki, ilk Peşəkar Çövkən Liqasında 10 kollektiv mübarizə aparıb və "Sərhədçi" yekunda qalib olub.

Oxşar xəbərlər

Baş katib: "Çövkən üzrə Superkubok matçı digər oyunlardan daha ağır keçdi"
Bəhruz Nəbiyev Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər