Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək
sizinxeber.az xəbər saytı

Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək


Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.


Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Ağdərə, Saatlı, Sabirabad, Qazax, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, İmişli, Beyləqan, Salyan, Kürdəmir, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Göygöl, Gədəbəy, Şamaxı, Şirvanda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Hacıqabul, Neftçala, Mingəçevir, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl, Goranboy, Bərdə, Tərtər, Yevlax, Ağcabədi, Ağdam, Göyçay, Zərdab, Şəmkir, Daşkəsən, Tovuz, Samux, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Balakən, Qax, Qusar, İsmayıllı, Ağdaş, Ucar, Lerik, Yardımlı, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Oxşar xəbərlər

Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda və bir sıra bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi yerlərdə küləyin sürəti saniyədə 28 metrə çatacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti üç gün küləkli hava gözlənilir - XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər