Leysan üçün toplanan vəsait onlara veriləcək
sizinxeber.az xəbər saytı

Leysan üçün toplanan vəsait onlara veriləcək


22 yaşında vəfat edən Leysan Qədimbəylinin əziz xatirəsinə həsr olunmuş məclisdə toplanan yardımların imkansız tələbələrin təhsilinə yönəldilməsi qərara alınıb.

Axar.az xəbər verir ki, Qədimbəylilər ailəsinin Bakupost.az-a verdiyi məlumata görə, yığılan vəsait Sədərək Xeyriyyə Cəmiyyəti vasitəsilə təhsil alan gənclərə dəstək məqsədilə istifadə olunacaq.

Bildirilib ki, Leysan Qədimbəylinin sağlamlığında bəzi sıxıntılar var idi . Ailəsinin, xüsusilə atasının ən böyük arzularından biri onun ikinci ali təhsil alması, yarımçıq qalan planlarını həyata keçirməsi olub. Lakin gənin ömrü arzuları kimi yarımçıq qalıb.

Qeyd edək ki, bəzi bölgələrdə yas məclislərində ailəyə maddi dəstək məqsədilə pul yığılması ənənəsi mövcuddur. Lakin Leysanın ailəsi toplanan vəsaiti şəxsi məqsədlər üçün istifadə etməyərək, başqa gənclərin təhsilinə yönəltmək qərarı verib.

Ailə hesab edir ki, Leysanın elmə, yaradıcılığa və gələcəyə bağlı arzularının yaşaması üçün ən doğru yol başqa gənclərin oxumasına dəstək olmaqdır.

“İnanırıq ki, bir gəncin xatirəsinə edilən ən gözəl yaxşılıqlardan biri başqa gənclərin gələcəyinə dəstək olmaqdır”, - deyə açıqlamada vurğulanıb.

Oxşar xəbərlər

Dövlət Xidmətinin tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
Azərbaycanda təhsil alan tələbə qızların faiz nisbəti açıqlanıb
ACF-nin idman direktoru: "Liqalarda toplanan xallar cüdoçuların reytinqini formalaşdıracaq"
Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb
Bakıya və Abşerona yağan leysanın səbəbi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər