Mədəniyyət Nazirliyi xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edib
Mədəniyyət Nazirliyi "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulunu elan edib.
Bu barədə "Sizinxeber.az"a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, Təqaüd Proqramı "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında nəzərdə tutulan "Mədəni və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi" fəaliyyət istiqaməti üzrə həyata keçirilir.
Eyni zamanda "Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının 2026–2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında xaricdə təhsil proqramları çərçivəsində mədəniyyət sahələri üzrə peşəkar kadrların hazırlanması, mədəniyyət sahəsində əmək bazarının tələblərinə cavab verən, yaradıcı və innovativ düşüncəyə malik kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulub.
Bildirilib ki, yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək və MYS sahələrinin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərmək istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz vəsaiti hesabına təhsil alan Azərbaycan Respublikası vətəndaşları Təqaüd Proqramına müraciət edə bilərlər.
Bakalavriat və magistratura səviyyələri üzrə aşağıdakı ixtisaslaşma istiqamətləri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi həyata keçirilir:
- Audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya, oyun sənayesi)
- Dəb sənəti
- Dizayn
- Kuratorluq
- Memarlıq
- Tədbirlərin təşkili
- Mədəni və yaradıcı sahə üzrə menecment
- Nəşriyyatlarla işin təşkili
- Teatr, komediya və performans
- Yaradıcı texnologiyalar
- İncəsənət sahəsi (təsviri, tətbiqi və ifa sənətləri)
Qeyd edək ki, Təqaüd Proqramına qəbul prosesi iki - sənədlərin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.
Müraciət prosesi https://mystart.az/ informasiya resursu vasitəsilə elektron formada həyata keçirilir.
Sənəd qəbulu iyunun 16-na qədər davam edəcək.
Oxşar xəbərlər
Mədəniyyət və yaradıcı sənayelər üzrə xaricdə təhsil üçün sənəd qəbulu davam edir
Mədəniyyət layihələrinin qrant maliyyələşdirilməsi üçün yeni qaydalar müəyyənləşdiriləcək
"Mədəniyyət haqqında" qanuna dəyişikliklər III oxunuşda qəbul edilib
Dövlət Proqramı çərçivəsində 981 nəfər xaricdə təhsil alır
Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin nəticələri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
