Güclü yağış Ordubadda fəsadlar törədib, qaya parçaları yola tökülüb
Güclü yağış Ordubad rayonunda ciddi fəsadlar törədib.
"Report"un yerli bürosu xəbər verir ki, bu gün Ordubad rayonuna yağan güclü yağış nəticəsində Tivi kənd avtomobil yoluna sel gəlib.
Sel sularının yolları yuması və özü ilə bərabər lil, qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurması nəticəsində bəzi hissələr yararsız hala düşüb.
Nəticədə Tivi kəndi ilə qonşu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayandırılıb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb edilib. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasiləsizliyi təmin olunub, torpaq və daş kütləsi yoldan təmizlənib.
Hazırda yolun zədələnmiş hissəsində bərpa və möhkəmləndirmə işləri görülür.
Oxşar xəbərlər
Naxçıvanda avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb
Ordubadda qaya uçaraq yola tökülüb - FOTO
AAYDA: Qubada qaya parçaları yoldan kənarlaşdırılır, qısa müddətdə hərəkət bərpa olunacaq
Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
