Muradov: Avropada yaşayan azərbaycanlı mühəndislər ölkəyə böyük fayda verə bilərlər
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ixtisaslaşmış forumları dəstəkləyir, o cümlədən bilavasitə mühəndis peşəsi ilə bağlı yol xəritəsinə malikdir.
Bu barədə "Sizinxeber.az"un Avropa bürosuna Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
"Avropada mühəndislərimiz yaxşı təhsil alıblar və yaxşı təcrübəyə malikdirlər. Biz çalışırıq ki, bu təcrübə gələcəkdə Azərbaycan üçün də faydalı olsun", - o vurğulayıb.
F. Muradovun sözlərinə görə, forumun əsas məqsədi Avropada yaşayan azərbaycanlı mütəxəssislər arasında əməkdaşlıq üçün imkan və platforma yaratmaqdır:
"Sayca üçüncü forumda 200-dən çox mühəndisimiz qeydiyyatdan keçib. Təbii ki, hər birini dəvət edə bilməmişik. Bildirmək istəyirəm ki, bu forumun ən böyük məqsədi mühəndislərimiz arasında əməkdaşlığın həyata keçirilməsidir, eyni zamanda Azərbaycan üçün də yeni texnologiyalar, mühəndislərin təcrübəsindən yararlanmaq istiqamətində yaxşı platformadır. Burada Almaniya və Azərbaycanda fəaliyyət göstərən universitetlər də təmsil olunur ki, gələcəkdə bu sahə həm praktik, həm də nəzəri cəhətdən müəyyən birgə layihənin həyata keçirilməsi üçün yeni imkan yaratsın".
O əlavə edib ki, ilk iki tədbir zamanı aparılan müzakirələr əsasında təkliflər hazırlanıb və artıq Azərbaycan dövlətinin müxtəlif qurumlarına təqdim olunub.
"Əminəm ki, bu, öz müsbət nəticələrini verəcək. Almaniyanın bütün torpaqlarında diaspor nümayəndələrini birləşdirən Almaniya Azərbaycanlıları Alyansı forumun əsas təşkilatçısıdır və bundan sonra da bu işi davam etdirəcək", - F. Muradov yekunlaşdırıb.
Qeyd edək ki, iyunun 6-da Almaniyanın Hamburq şəhərində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu işə başlayıb.
Oxşar xəbərlər
Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək
Altay Rüstəmli: Məqsəd Avropada azərbaycanlı mühəndislərin hazırlığını Azərbaycanın inkişaf prioritetləri ilə əlaqələndirməkdir
Almaniyalı professor azərbaycanlı mühəndislərlə əməkdaşlığın inkişafı üçün vacib platformanı açıqlayıb
Fuad Muradov: Xaricdə artıq yeni nəsil alimlər yetişir
Avropada yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
