sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağsuda torpaq sürüşməsi baş verib
Ağsu rayonunda torpaq sürüşməsi baş verib.
"Sizinxeber.az"un Yuxarı Şirvan bürosunun məlumatına görə, son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi qeydə alınıb.
İlkin məlumatlara əsasən, torpaq sürüşməsi nəticəsində yolun bir zolağında asfalt qatında dərin çökmə və çatlar əmələ gəlib. Bu səbəbdən, həmin hissədə avtomobillərin hərəkəti çətinləşib.
Hazırda avtomobillər həmin ərazidən növbə ilə hərəkət edirlər.
Oxşar xəbərlər
Efiopiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb
Çində torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb
Türkiyədə torpaq sürüşməsi olub, ölən və yaralılar var
Astarada torpaq sürüşməsi baş verib, bir ev qəzalı vəziyyətə düşüb
Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 140 nəfəri ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










