Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək
sizinxeber.az xəbər saytı

Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək


Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək.

"Sizinxeber.az"un Qarabağ bürosu Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bunu Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli deyib.

O, Xankəndi şəhərində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi tədbiri çərçivəsində “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri” adlı paneldə çıxışında ərazidə məskunlaşan əhalinin keyfiyyətli təhsil və tibb xidmətləri ilə təmin edilməsi məqsədilə işlərin davam etdirildiyini vurğulayıb.

Oxşar xəbərlər

Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorunun 3 müavini olacaq
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
İşğaldan azad olunmuş ərazilərdə Milli park yaradılır
Ağdərədə tullantı poliqonu yaradılacaq 
Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin fəaliyyətinə dəyişiklik olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər