"Şahdəniz" Kompressiya Layihəsi üzrə işlərin təxminən 30 %-i tamamlanıb
sizinxeber.az xəbər saytı

"Şahdəniz" Kompressiya Layihəsi üzrə işlərin təxminən 30 %-i tamamlanıb


"Şahdəniz" Kompressiya Layihəsi üzrə işlərin təxminən 30 %-i tamamlanıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, layihə qrafikə uyğun icra olunur və kompressiya qurğusunun 2029-cu ildə istismara verilməsi planlaşdırılır: "Bu layihə "Şahdəniz" qaz yatağına yeni nəfəs verəcək və yatağın hasilat potensialının daha uzun müddət qorunmasına imkan yaradacaq. Şirkət yataqda genişmiqyaslı qazma proqramını da davam etdirir".

O xatırladıb ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında sərbəst təbii qazın (STQ) hasilatına başlanılıb: "İlk hasilat quyusu artıq işə salınıb və yaxın vaxtlarda ikinci quyunun da istismara verilməsi nəzərdə tutulur. Növbəti mərhələdə əldə ediləcək məlumatlar təhlil olunacaq və nəticələrdən asılı olaraq AÇG yatağının alt qatlarında yerləşən qaz ehtiyatlarının işlənməsi üzrə çoxmilyardlıq investisiya qərarı qəbul edilə bilər. Bu layihə Azərbaycanın qaz hasilatının artırılması baxımından mühüm potensiala malikdir".

Qeyd edək ki, AÇG yatağının STQ ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatına imkan verən AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında sazişə (HPBS) əlavə 20 sentyabr 2024-cü il tarixində elan edilib. STQ layları hazırda hasilatda olan neft laylarının altında və üstündə yerləşən çoxsaylı geoloji formasiyalardan ibarətdir ki, bunlar mövcud AÇG HPBS-yə əvvəldən daxil edilməmişdi. HPBS-yə əlavə sənədi 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadək qüvvədə olacaq. Növbəti 23 il ərzində STQ ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQ ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var.

AÇG tərəfdaşlarının STQ layihəsindəki iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: BP – operator (30,37%), SOCAR (35,3%), MOL (9,57%), INPEX (9,31%), "ExxonMobil" (6,79%), TPAO (5,73%), "ONGC Videsh" (2,92%).

Oxşar xəbərlər

Cio Kristofoli: “Şahdəniz” üzrə kompressiya layihəsinin icrası 30%-ə çatıb
Qordon Birrell: "Şahdəniz Kompressiya" qurğusu emissiyaları çox aşağı səviyyədə saxlamağa imkan verəcək”
BP "Şahdəniz Kompressiya" layihəsi ilə bağlı yekun investisiya qərarının qəbul edilməsinə hazırlaşır
Qari Cons: "Şahdəniz Kompressiya" layihəsi ilə üzrə yekun investisiya qərarı sabah imzalanacaq" - EKSKLÜZİV
Qari Cons: "Şahdəniz Kompressiya" layihəsi üzrə yekun investisiya qərarı sabah imzalanacaq" - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər