Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanlarının vaxtı açıqlanıb
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə iyunun 17-dən etibarən, 2025/2026-cı tədris ili üzrə I sinfə şagird qəbulu imtahanları başlayır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, məktəblərə qəbul üçün ümumilikdə 18 min 665 namizəd qeydiyyatdan keçib. Onlardan 16 min 548 nəfəri musiqi, 1 427 nəfəri rəssamlıq, 690 nəfəri isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.
İmtahanlar rayon və şəhərlərdə mərkəzləşdirilmiş formada, aidiyyəti üzrə təşkil olunmuş imtahan mərkəzlərində aparılacaq.
Namizədlərə imtahanın tarixi və yeri barədə bildirişlər bu gün ərzində şəxsi kabinet, elektron poçt və SMS vasitəsilə təqdim olunacaq.
Qəbul prosesi rəqəmsal texnologiyaların tətbiqi ilə təşkil olunur.
Oxşar xəbərlər
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
Musiqi məktəblərinə qəbulla bağlı 24 şikayətçinin müraciəti təmin edilib
Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun təlimlər başlanılır
Bu il 127 mindən çox uşaq I sinfə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
