Musiqi məktəblərinə qəbul imtahanlarının nəticələri elan olunub
sizinxeber.az xəbər saytı

Musiqi məktəblərinə qəbul imtahanlarının nəticələri elan olunub


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər. İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.

Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.

Oxşar xəbərlər

Direktorların işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
Musiqi məktəblərinə qəbulla bağlı 24 şikayətçinin müraciəti təmin edilib
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatıb
Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanlarının vaxtı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər