Musiqi məktəblərinə qəbulla bağlı 24 şikayətçinin müraciəti təmin edilib
Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət təhsili sahəsində aparılan islahatların mühüm hissəsi olaraq 2024/2025-ci tədris ili üçün nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu prosesi ilk dəfə olaraq elektron qaydada həyata keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə nazirlikdən verilən xəbərdə bildirilib.
Qeyd edilib ki, cari ilin 6-31 may tarixlərində “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə məktəblərə qəbul üçün müraciətlər qeydiyyata alınıb, 20-30 iyun tarixlərində əyani olaraq mərkəzləşdirilmiş qaydada qəbul imtahanları baş tutub.
İmtahanların nəticələrinə əsasən şagirdlərin yerləşdirilməsi hər bir məktəb və ixtisas üzrə ödənişsiz və ödənişli təhsilə müəyyən edilmiş qəbul planlarına, namizədlərin topladıqları ballara və yaş həddinə uyğun olaraq elektron sistem üzərindən avtomatlaşdırılmış formada aparılıb. Qəbul üçün müraciət etmiş 16147 nəfərdən 12089 nəfər müxtəlif ixtisaslar üzrə I və VIII (onbirillik təhsilə) siniflərə qəbul edilib.
Qəbul imtahanlarının nəticələri ilə bağlı şikayətlər elektron sistem üzərindən qəbul edilib, müraciətlərə baxılması məqsədilə regional mədəniyyət idarələrində apellyasiya komissiyaları yaradılıb.
Komissiyalar tərəfindən aidiyyəti üzrə apellyasiya müraciətinə baxılaraq, 24 müraciətin təmin edilməsi barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatıb
MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
Agentlik: Peşə təhsili almaq üçün 16 mindən çox şəxs müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
