Şamaxıda növbəti dəfə Beynəlxalq Barbekü Festivalı keçiriləcək - VİDEO
Şamaxıda növbəti Beynəlxalq Barbekü Festivalına hazırlıqlar başlayıb.
APA xəbər verir ki, iyunun 13-14-də keçiriləcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi ilə təşkil olunur.
Mədəni mübadilə və qastronomik turizmin genişləndirilməsinə yönələn festivalda müxtəlif ölkələrdən tanınmış şef-aşpazlar iştirak edəcək, möhtəşəm barbekü təqdimatları və dünya mətbəxinin ləziz nümunələri təqdim olunacaq.
Kulinariya bayramında fərqli mətbəx mədəniyyətləri ilə daha yaxından tanış olmaq, iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılacaq.
Pavilyonlarda peşəkar şeflər dünya mətbəxinin zənginliyini təqdim edəcək, kulinariya məharətlərini bölüşəcək, “Barbekü və Manqal” dueti, “Steyk şou”, musiqili proqram təqdim olunacaq.
Qeyd edək ki, ötən il Şamaxıda ilk dəfə keçirilən Beynəlxalq Barbekü Festivalı kütləviyi və rəngarəngliyi ilə yadda qalmışdı. Bunun ardı olaraq builki festival da ziyarətçilərə maraqlı və zəngin proqram vəd edir.
Festivala biletlər iTicket.az-da satışdadır.
Oxşar xəbərlər
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək
Azərbaycan Tbilisi şəhər bayramında iki pavilyonla təmsil olunur - FOTO
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək
Azərbaycanda "Baku Cinema Breeze" adlı beynəlxalq festival keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
