Hindistanda dörd nəfər Ebola virusuna yoluxma şübhəsi ilə təcrid olunub
sizinxeber.az xəbər saytı

Hindistanda dörd nəfər Ebola virusuna yoluxma şübhəsi ilə təcrid olunub


Hindistanın Əhmədabad şəhərində konqolu iş adamı və onunla təmasda olan üç nəfər Ebola virusuna yoluxma şübhəsi ilə müxtəlif xəstəxanaların təcridxanalarına yerləşdirilib.

"Report"un məlumatına görə, bu barədə Qucarat ştatının səhiyyə naziri Praful Pançeriya bildirib.

Onun sözlərinə görə, 37 yaşlı iş adamı təxminən beş-yeddi gün əvvəl Konqodan Mumbaya gəlib və daha sonra Vadodaraya gedib. Sonra onun qızdırması qalxıb və "Banker Hospital" xəstəxanasına yerləşdirilib.

Nazir əlavə edib ki, xəstə daha sonra Əhmədabaddakı dövlət xəstəxanasına köçürülüb və orada Ebola virusuna yoluxma şübhəsi ilə xəstələr üçün ixtisaslaşmış palataya yerləşdirilib. Onun vəziyyəti sabit qiymətləndirilir və narahatlıq doğurmur.

"Səfərdə onu müşayiət edən daha iki nəfər də ehtiyat tədbiri olaraq Əhmədabaddakı xəstəxananın təcridxanalarına yerləşdirilib. Onlarla təmasda olan daha bir şəxs isə təcrid olunub", - Panşeriya qeyd edib.

Qan nümunələri analiz üçün laboratoriyaya göndərilib. Bununla yanaşı, nazir hazırda Hindistanda və ya Qucarat ştatında təsdiqlənmiş Ebola virusu infeksiyası hallarının olmadığını vurğulayıb.

Oxşar xəbərlər

Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb
Konqodakı amerikalılar Ebola xəstələri ilə təmasda şübhəli bilinirlər
Meksika hakimiyyəti DÇ-2026 ərəfəsində Ebola virusuna qarşı tədbirləri gücləndirib
Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma halı qeydə alınıb
BMT: Ruandada Marburq virusundan 11 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər